Aqronomluq ixtisasının tələbələri üçün təlim

Azərbaycan Dövlət Aqrar Universitetinin  aqronomluq fakültəsinin bir qrup tələbəsi üçün təlim keçirilib.

 

Fakültənin “Bağçılıq və tərəvəzçilik” ixtisasının II və IV kurs, eləcə də “Aqronomluq” ixtisasının III kurs tələbələrinə mütəxəssislər tərəfindən universitetin Tədris-təcrübə təsərrüfatının intensiv tipli meyvə bağında "Meyvə bitkilərinə tətbiq edilən müxtəlif calaq növləri və calağın aparılma texnikası" mövzusunda təlim keçirilib.
 

Sonda meyvə ağacları üzərində əyani şəkildə calaq vurma əməliyyatlarının mexanizmi tələbələrə göstərilib. Prosesdə iştirak edən tələbələr əyani calaq vurmada icraçı kimi bacarıqlarını nümayiş etdiriblər.

 

 



10.10.2023 | 10:27