Hüquq olimpiadası | |
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatı tərəfindən “Heydər Əliyev İli” çərçivəsində fakültənin şəhid məzunu Ceyhun Şalıyevin xatirəsinə həsr olunmuş Hüquq olimpiadası keçirilir.
Olimpiadanın I mərhələsində iştirakçılara hər fəndən 5 sual olmaqla (Hüquq nəzəriyyəsi, Konstitusiya hüququ, İnzibati hüquq, Mülki hüquq, Cinayət hüququ) ümumilikdə 25 sual təqdim edilib. I mərhələni yüksək bal ilə başa vuran tələbələr II mərhələ üçün vəsiqə qazanacaqlar.
Olimpiadanın nəticələri yaxın günlərdə elan olunacaq.
|
|
09.10.2023 | 16:17 | |
|
|
|