BDU “ERASMUS+ IQAinAR” layihəsinə qoşulub | |
Bakı Dövlət Universiteti (BDU) ERASMUS+ proqramı üzrə həyata keçirilən “IQAinAR” layihəsinə assosiativ üzv olaraq qəbul edilib.
“IQAinAR” layihəsi tərəfdaş ölkələrin ali təhsil müəssisələrinin daxili keyfiyyət təminatı sisteminin beynəlxalq keyfiyyət standartları ilə təkmilləşdirilməsi və inkişafını dəstəkləmək, habelə yerli, regional, milli siyasət və strategiyaların həyata keçirilməsi istiqamətində ali təhsil müəssisələrinin gücləndirilməsini dəstəkləmək məqsədi daşıyır.
Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin baş koordinatorluğu ilə icra olunan layihədə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfdaş qismində, Elm və Təhsil Nazirliyi isə assosiativ üzv kimi iştirak edir.
Bu barədə BDU-dan bildirilib.
|
|
09.10.2023 | 13:10 | |
|
|
|