İstanbul Texniki Universiteti ilə ikili diplom proqramlarına dair məsələlər müzakirə olunub

Bakı Dövlət Universiteti (BDU) və İstanbul Texniki Universiteti arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir. Bu məqsədlə BDU rektorunun strateji inkişaf və əlaqələr üzrə müşaviri Xalid Bayramlı, gənclər siyasəti və sosial məsələlər üzrə müşaviri Xumar Məmmədbağırova, rəqəmsalllaşma və informasiya texnologiyaları üzrə müşaviri Şəbnəm Səfərova İstanbul Texniki Universitetinə ezam olunublar.

 

Oktyabrın 2-də İstanbul Texniki Universitetində keçirilən görüş zamanı tərəflər əməkdaşlıq potensialının yüksəldilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsi, ikili diplom proqramlarının yaradılması ilə bağlı məsələləri müzakirə ediblər.

 

Daha sonra BDU-nun nümayəndə heyəti İstanbul Texniki Universitetinin tarixini əks etdirən muzey və Texnologiyalar Mərkəzi ilə tanış olub. Yaxın zamanlarda BDU-da informasiya texnologiyaları üzrə belə müasir mərkəzin yaradılması, bu mərkəzdə birgə təlimlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

 

 



03.10.2023 | 16:05