BŞTİ-yə ötən ay 27 990 müraciət daxil olub

Sentyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 27 990 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

 

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 17 288 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 074 müraciət daxil olub.

 

BŞTİ-yə 4 581 sənəd (vətəndaşlar tərəfindən 1 910 ərizə, Elm və Təhsil Nazirliyindən 554, digər qurumlardan 231, tabelikdə olan təhsil müəssisələrindən 1 288 məktub və 598 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 047 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.

 

 



03.10.2023 | 13:08