ADPU-da tələbələrin 70 faizi dövlət hesabına təhsil alacaq | |
Cari tədris ilində Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) tələbələrin 64,1 faizi dövlət sifarişi əsasında qəbul olunub.
Universitetdən bildirilib ki, tələbələrin 5,5 faizi isə güzəşt kateqoriyalarına daxil olduğu üçün təhsil haqqları dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Beləliklə, bu il də ADPU-ya qəbul olunan bakalavrların 70 faizə qədəri dövlət hesabına təhsil alacaq.
|
|
03.10.2023 | 12:24 | |
|
|
|