Yaponiyada Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edəcək

Yaponiyanın  Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzində Azərbaycan multikulturalizmi fənninin tədrisini davam etdirir. Dərslər oktyabrın 2-də başlayıb və dekabrın 25-dək onlayn formatda keçiriləcək. 

 

Mühazirələr Azərbaycanın tarixini, mədəniyyətini, sosial-iqtisadi inkişaf siyasətinin multikultural aspektlərini əhatə edir. Fənni Hokkaydo Universitetində konfliktologiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim Əlibəy Məmmədov tədris edir.

 

Xatırladaq ki, Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2017-ci ildən start verilib. Dərslər yapon dilində keçirilir. Hər il ən fəal tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində iştirak etmək, həmçinin Azərbaycana səyahət hüququ qazanırlar.

 

 



03.10.2023 | 10:00