2023-cü ilin Fiziologiya və tibb üzrə Nobel laureatlarının adları açıqlandı | |
Bu gün İsveçdə Nobel həftəsi başlayıb. İlk olaraq İsveç Karolinsk İnstitutu 2023-cü il üzrə fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Karolinska İnstitutundakı Nobel Assambleyası 2023-cü il üçün Fiziologiya və Tibb üzrə Nobel mükafatını amerikalı alimlər Katalin Kariko və Drew Weissmana “COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin işlənib hazırlanmasına imkan verən nükleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə” birlikdə verilməsinə qərar verib.
Qeyd edək ki, mükafatın təqdimat mərasimi dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred Nobelin doğum günündə keçiriləcək.
Oruc Mustafayev
|
|
02.10.2023 | 14:06 | |
|
|
|