AzMİU-da “TİPx Transformativ dövr” konfransı | |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən növbəti “Tələbə İnkişaf Platforması” (TİPx) çərçivəsində “TİPx: Transformativ dövr” konfransı keçirilib.
Konfransın məqsədi tələbələrə karyera planlaması və əmək bazarına inteqrasiya olmaqda peşəkarların təcrübə və tövsiyələrini çatdırmaqdır.
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) keçirilən konfransda müxtəlif ali təhsil müəssisələrində təhsil alan 162 tələbə, müəllim heyəti və ekspertlər iştirak edib.
Konfransda Azərbaycan Respublikasının Kosmik Agentliyi Azərkosmosun Strategiya və Biznesin İnkişafı departamentinin direktoru Natavan Həsənova, “Novco” şirkətlər qrupunun rəhbəri Fərid Novruzi, fərdi inkişaf üzrə kouç Ruqiyyə Əşrəfli və Böyük Britaniyanın PD&MS şirkətinin planlama mühəndisi, III Yüksəliş müsabiqəsinin qalibi Sübhan Əsgərzadə spiker qismində çıxış ediblər.
Konfransın spikerləri tərəfindən "Sabit məqsəd və kritik yol”, “Müvəffəqiyyətin inşası: memar sizsiniz”, “Orbitində uğur: məqsəd, hazırlıq, əzm”, “Atomik vərdişlər: kiçik dəyişikliklər, əlamətdar nəticələr” mövzusunda təqdimatlar edilib.
Sonda spikerlər tərəfindən iştirakçıların sualları cavablandırılıb.
|
|
30.09.2023 | 11:39 | |
|
|
|