ADNSU komandası “Xəzəri qoruyun” kampaniyasına qoşulub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) və Azərbaycan-Fransız Universitetinin (UFAZ) professor-müəllim heyəti, əməkdaşları və tələbələrinin fəal iştirakı ilə Xəzər dənizinin “Şix” sahilində sahilboyu təmizləmə aksiyası keçirilib.

 

“Beynəlxalq Sahil Təmizlik Günü” və “Xəzər həftəsi” çərçivəsində rektor vəzifəsini icra edən dosent Vazeh Əsgərovun rəhbərliyi ilə Xəzər sahili boyu 2 hektara yaxın əhəmiyyətli sahə məişət və digər növ tullantılardan təmizlənib. Ekoloji kampaniya zamanı “Xəzəri qoruyaq, təbiəti qoruyaq” şüarı ilə ətraf mühitin mühafizəsi, o cümlədən Xəzər dənizinin və təbiətin qorunmasında hər kəsin məsuliyyəti xatırladılıb.

 

Qeyd edək ki, hər il sentyabr ayında ölkəmizdə “Beynəlxalq Sahil Təmizlik Günü” və “Xəzər dənizi həftəsi” kimi müxtəlif irimiqyaslı ekoloji tədbirlər, o cümlədən təmizləmə təşəbbüsləri təşkil olunur. Məqsəd dənizin və ətraf mühitin ekoloji təmizliyini, onun sərvətlərini qorumaq və bu mühüm məsələlərlə bağlı ictimaiyyəti daim məlumatlandırmaqdır.

 

 



25.09.2023 | 15:17