Hüquq fakültəsinin 16 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin III-IV kurs tələbələri Səbinə Lətifli, Pəri Rzayeva, Şahin Məmmədov, Tarif Hüseynov, Nigar Quliyeva, Şahin Bayramlı, Könül Məmmədova, Arifə Sadıxova, Əli Mirzəyev, Səfər Əlizadə, Riyad Musayev, Ülviyyə Zeynallı, Elmira Sadıqzadə, Fəzilə Əliyeva, Gülüstan İsayeva, Vüsal Yavərli "PAŞA Holding” tərəfindən təşkil edilmiş "Əlaçı" təqaüd proqramının qalibi olublar.  

 

BDU-dan bildirilib ki, onlar üç pilləli seçim mərhələsini uğurla başa vuraraq, 2137 nəfər müraciətçi arasından seçiliblər. 2023-2024-cü illəri əhatə edəcək təqaüd proqramı çərçivəsində tələbələr şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri, mentorluq və şəbəkələşmə fəaliyyətlərinə cəlb olunacaqlar.  

 



25.09.2023 | 12:01