AzTU daha bir universitetlə ikili diplom müqaviləsi imzaladı | |
Erasmus+ LPEB layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) növbəti görüş keçirilib.
AzTU-nun rektor əvəzi, professor Xalıq Yahudov Erasmus+ LPEB layihəsinin baş koordinatoru, Fransanın Qrenobl Akademiyasının üzvü Michell Brosse və Parisin CNAM Universitetinin səlahiyyətli nümayəndəsi Jan-Sebastian Vilefot ilə görüşüb.
Görüşdə professor Xalıq Yahudov son illər AzTU-da həyata keçirilən yeniliklər, Avropa təhsil sisteminə inteqrasiya prosesi, həmçinin beynəlxalq layihələrdə universitetin iştirakı ilə bağlı geniş məlumat verib.
Daha sonra Michell Brosse və Jan-Sebastian Vilefot təmsil etdikləri təhsil müəssisələri haqqında danışaraq AzTU ilə bağlanan əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.
Azərbaycan Texniki Universiteti ilə Fransanın CNAM Universiteti arasında ikili diplom müqaviləsi imzalanıb.
Müqavilədə Enerji səmərəliliyi təyinatlı ixtisaslar üzrə azərbaycanlı tələbələrə CNAM Universitetinin diplomlarının, CNAM Universitetinin tələbələrinə isə müvafiq olaraq Azərbaycan Texniki Universitetinin, Memarlıq və İnşaat Universitetinin və Sumqayıt Dövlət Universitetinin diplomlarının verilməsi nəzərdə tutulub.
|
|
15.10.2018 | 16:51 | |
|
|
|