Lənkəran Dövlət Universitetində Bilik Günü

Lənkəran Dövlət Universitetində (LDU) 15 Sentyabr- Bilik Günü  tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.

 

Rektor I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirib, seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında yaxşı mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib.

 

Ölkədə təhsilin inkişafına göstərilən dövlət  qayğısından, Prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor N.İbrahimov LDU-da son 5 ildə aparılan müxtəlif istiqamətli işlərdən söz açıb, yeni tədris korpuslarının, tələbə yataqxanalarının inşasını,  modern tədris  laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, yeni elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm  amil kimi dəyərləndirib. O, bu il istifadəyə verilən 250 yerlik oğlan tələbələr üçün nəzərdə tutulmuş yataqxana binasını  2023/2024-cü tədris ilinin ən uğurlu yeniliyi adlandırıb və bu istiqamətdə işlərin davamlı aparılacağını qeyd edib.

 

Sonra professor N.İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək arzu və təkliflərini dinləyib.

 

Qeyd edək  ki, hazırda LDU-da 43 bakalavriat, 35 magistr       ixtisaslaşması  üzrə  6 min  nəfərə yaxın tələbə təhsil alır. 2023/2024-cü  tədris ilində  universitetə   1622  bakalavr ( II turun qeydiyyatı davam edir) və  254 magistr qəbul olunub.

 



15.09.2023 | 13:38