Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib | |
"Əsas hədəfimiz mövcud problemlərin həllinə nail olmaqdır".
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib.
Elm və təhsil naziri çıxışının sonunda yeni tədris ilinin başlanması münasibətilə təhsil işçilərini təbrik edib.
Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva 2022-2023-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər və layihələrin tətbiqi vəziyyətindən danışıb. Mehriban Vəliyeva növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.
Tədbir çıxışlarla davam etdirilib.
Konfrans çərçivəsində nümunəvi fəaliyyətləri ilə seçilən təhsil müəssisələri və bir qrup təhsil işçisi təltif olunub.
Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda bədii proqramla çıxış ediblər.
|
|
11.09.2023 | 17:24 | |
|
|
|