UTECA tələbələri təhsillərini Avropada davam etdirəcək

Azərbaycan Texnologiya Universitetinin (UTECA) 4 tələbəsi təhsilini növbəti semestrdən Avropada davam etdirəcək.


Universitetin rektor əvəzi dosent Yaşar Ömərov Erasmus+ mübadilə proqramı çərçivəsində xaricə gedən tələbələrlə görüşüb.
 

Y.Ömərov tələbələrə ölkəmizi və oxuduqları universiteti layiqincə təmsil edərək bilik və bacarıqlarını artırmağı tövsiyə edib. Bildirib ki, xaricdə təhsil alan gənclər ölkəmiz üçün faydalı olmalı, onlar üçün yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər.
 

Qeyd edək ki, “Kompüter mühəndisliyi” ixtisasının 2-ci kurs magistrantları Sahib Əlihüseynov və Bəsti Cəfərova İspaniyanın Caen (Jaen) Universitetində, “Dizayn” ixtisasının 2-ci kurs tələbələri Murad Həsənzadə Rumıniyanın İaşi Texniki Universitetində, Günel Hacıyeva isə Polşanın Varşava Ekologiya və Menecment Universitetində təhsillərini davam etdirəcəklər.

 



11.09.2023 | 13:21