Rektor: Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi BDU üçün prioritet məsələdir”

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin  Karamanoğlu Mehmetbey Universiteinin rektoru Mehmet Gavgalı ilə görüşüb.  

 

Rektor E.Babayev qonağa BDU-nun tarixi, strukturu, burada tədris və elm fəaliyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.      

 

Rektor son illər BDU-nun beynəlxalq əlaqələrinin daha da genişləndiyini, dünyanın müxtəlif ölkələri ilə ikili diplom proqramları və əməkdaşlıq müqavilələrinin imzalandığını qeyd edib. Vurğulayıb ki, qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın genişləndirilməsi BDU üçün prioritet təşkil edir.   

 

Karamanoğlu Mehmetbey Universiteinin rektoru Mehmet Gavgalı rəhbərlik etdiyi ali təhsil müəssisəsi barədə məlumat verib. Bildirib ki, 16 ildir fəaliyyət göstərən universitetin 11 fakültəsi, 22 min tələbəsi, 1300 pedaqoji işçisi var. M.Gavgalı BDU ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının olduğunu vurğulayıb.   

 

Görüşdə iki universitet arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. 

 



07.09.2023 | 11:17