Avqust ayında BŞTİ-yə 34 176 müraciət daxil olub

Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 34 176 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub. Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 22 519 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 6 554 müraciət daxil olub.

 

BŞTİ-yə 3 673 sənəd (vətəndaşlar tərəfindən 2 044 ərizə, Elm və Təhsil Nazirliyindən 350, digər qurumlardan 177, tabelikdə olan təhsil müəssisələrindən 474 məktub və 628 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 1 430 elektron müraciətə baxılıb.

 

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə, məktəbəhazırlıq qruplarına və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, yerdəyişmə, işə qəbul və digər məsələləri əhatə edir.

 

 



04.09.2023 | 14:24