Naxçıvan Dövlət Universitetinin adı Böyük Britaniyada GMC siyahısına daxil edilib

Azərbaycanda tibb təhsili həyata keçirən ali təhsil müəssisəsi kimi Naxçıvan Dövlət Universitetinin (NDU) adı bu günədək “World Directory of Med Schools” siyahısında olsa da, artıq GMC (General Medical Council) siyahısına da daxil edilib. Universitetin “Tibb” ixtisasında təhsil alan tələbələrinin uzmanlıq təhsillərini xarici ölkələrdə almaları üçün diplomun tanıdılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan artıq NDU-nun diplomu Böyük Britaniyada tanınır və “acceptable overseas qualification” statusu alıb.

 

Bu barədə NDU-dan bildirilib.

 



01.09.2023 | 16:05