Koreyada təşkil olunan “Yay məktəbi” başa çatıb

Bakı Mühəndislik Universiteti (BMU) və İNHA Universiteti arasında icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom proqramı (İDP) çərçivəsində I kurs tələbələri üçün Koreya Respublikasının İnçon şəhərində təşkil olunan 3 həftəlik “Yay məktəbi” başa çatıb.

 

Ümumilikdə 118 tələbənin iştirak etdiyi “Yay məktəbi”ndə müxtəlif fənlərlə yanaşı, gücləndirilmiş formada Koreya dili də tədris olunub. 

 

Bununla yanaşı, “Yay məktəbi”ndə tələbələrin asudə vaxtlarının səmərəli keçməsi üçün müxtəlif tədbirlər, eyni zamanda tələbələrin Koreyanın tarixi yerlərinə, muzeylərinə gəzintilər təşkil edilib.

 

“Yay məktəbi”ndə tələbələrə BMU-nun mühəndislik fakültəsinin dekan müavini Osman Mirzəyev, riyaziyyat kafedrasının müdiri professor Rakib Əfəndiyev, riyaziyyat kafedrasının doktorantı Davud Orucov rəhbərlik edib.

 

Qeyd edək ki, “Yay məktəbi”nin sonunda tələbələrə sertifikatlar təqdim olunub.

 

 



29.08.2023 | 12:10