“Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa | |
Mingəçevir Dövlət Universitetində (MDU) “Heydər Əliyev İli çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantlar iştirak ediblər.
Dəyirmi masada giriş sözü ilə çıxış edən təhsil fakültəsinin dekanı dosent Nizami Zeynalov Ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı üçün göstərdiyi müstəsna xidmətlərdən söhbət açıb və Ulu Öndərin yüksək intellekti, vətənə və ana dilinə sonsuz məhəbbətinin bu tarixi missiyada misilsiz rol oynadığını qeyd edib.
Sonra humanitar fənlər kafedrasının müdiri dosent Esmira Cəfərova və kafedranın əməkdaşı, əməkdar müəllim Könül Aydın çıxış ediblər. Çıxışlarda əbədiyaşar lider Heydər Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasətdən, yaradıcı insanlara, şair və yazıçılara göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.
|
|
28.08.2023 | 13:12 | |
|
|
|