“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsinə start verilir

Avqustun 22-də “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək. Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş şəxslərin əlaqə nömrələrinə göndəriləcək.


Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq. Namizədlər linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.


“Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib, onlardan 596-sı uğur qazanaraq esse mərhələsinə keçib.


Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.

 

 



21.08.2023 | 10:23