Kamal Abdulla Robert Sekuta ilə görüşüb

Martın 6-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.

 

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri müzakirə olunub.

 

Rektor Kamal Abdulla hər iki ölkənin multikultural ənənələrə sadiqliyini qeyd edərək ABŞ-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialının yaradılmasını qeyd edib.

 

Görüş zamanı hər il Azərbaycanda həyata keçirilən multikulturalizm yay və qış məktəblərinin işində amerikalı tələbələrin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə Azərbaycanda ABŞ tələbələri üçün Önəmli Dil Təqaüdü layihəsi çərçivəsində Azərbaycan və türk dillərinin tədrisinin gələcək perspektivləri də müzakirə edilib. 

 



07.03.2018 | 17:46