İstanbul Aydın Universiteti ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub | |
İstanbul Aydın Universitetinin Magistratura İnstitutunun direktoru professor Ragıp Kutay Karaca və universitetin Bakı Ofisinin rəhbəri Ceyhun Səfərov Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.
Qonaqlarla görüşən universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Aqrar Universitetin maddi-texniki bazası, beynəlxalq əlaqələri və ikili diplom proqramları haqqında qonaqlara məlumat verib. Z.Qurbanov ADAU-da Türkiyədən 300-dən çox əcnəbi tələbənin təhsil aldığını deyib.
Görüşdə "Qida mühəndisliyi" və "Əczaçılıq" ixtisasları üzrə birgə mütəxəssislərin hazırlanması məsələsi də müzakirə olunub.
Ragıp Kutay Karaca Gəncə şəhərinə ilk səfəri çərçivəsində Aqrar Universitetdə olmaqdan məmnunluq duyduğunu diqqətə çatdırıb. Sonda gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
|
|
17.08.2023 | 11:15 | |
|
|
|