BMU-nun daha 6 məzunu magistratura təhislini xaricdə davam etdirəcək | |
Bakı Mühəndislik Universitetinin (BMU) daha 6 məzunu “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nın iştirakçısı adını qazanıb.
Belə ki, universitetin mühəndislik fakültəsinin “Kompüter mühəndisliyi” (tədris ingilis dilində) ixtisasının məzunları - Səbahəddin Nəsibli (Polşanın Vistula Universiteti, ixtisas kompüter mühəndisliyi), Ruhid Dadaşov (Budapeşt Texnologiya və İqtisadiyyat Universiteti, ixtisas kompüter elmləri), Məhəmməd Verdiyev (Polşanın Biznes Universiteti (Wsb Academia), ixtisas “Data scientist”), Elnur Vəliyev (Litvanın Vytautas Magnus Universiteti, ixtisas tətbiqi informatika), İlqar Eyvazlı (Çexiya Texniki Universiteti, ixtisas informasiya texnologiyaları) və Ümid Hacıyev (İngiltərənin Exeter Universiteti, ixtisas kompüter elmləri) magistratura təhsilini xaricdə almaq hüququ qazanıb.
Xəbər verdiyimiz kimu, bundan əvvəl BMU-nun memarlıq və inşaat, pedaqoji fakültələrinin bir qrup tələbəsi də magistratura səviyyəsi üzrə Dövlət Proqramının iştirakçısı seçilib. Onlar təhsillərini Böyük Britaniyanın Nyukasl, Edinburq kimi nüfuzlu ali təhsil ocaqlarında, həmçinin Finlandiyanın Helsinki Universitetində davam etdirəcəklər.
|
|
16.08.2023 | 15:05 | |
|
|
|