UFAZ bakalavr pilləsinə qəbul imtahanının nəticələrini açıqlayıb | |
Azərbaycan-Fransız Universiteti (UFAZ) 2023/2024-cü tədris ili üçün bakalavriat səviyyəsinə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.
Ümumilikdə UFAZ-ın qəbul imtahanında iştirak etmək üçün 421 namizəd qeydiyyatdan keçib, qeydiyyatdan keçənlərdən 372 nəfəri qəbul imtahanında iştirak edib. Yekun nəticələrə əsasən, UFAZ-ın təklif etdiyi 160 yerin hamısı dolub. 60 nəfər “İnformatika”, 35 nəfər “Kimya mühəndisliyi”, 35 nəfər “Neft-qaz mühəndisliyi”, 30 nəfər isə “Geofizika mühəndisliyi” ixtisaslarına qəbul olunub.
Strasburq Universitetinin təşkil etdiyi qəbul imtahanında ən yüksək nəticəni Nəzrin Əliyeva göstərib. O, mümkün 100 baldan 67 bal toplayaraq UFAZ-ın “İnformatika” ixtisasını seçib.
Son illər UFAZ-ın gənc qızların mühəndis ixtisaslarına yiyələnməsi üçün apardığı maarifləndirmə və dəstək kampaniyası nəticəsində universitetə maraq göstərən qızların sayı artır. Belə ki, yeni qəbul olunan tələbələrin 44 faizi (70 nəfər) qızlardır. Bu nisbət “Kimya mühəndisliyi” üzrə 62,86%, “Geofizika mühəndisliyi” üzrə 53,33%, “Neft-qaz mühəndisliyi” üzrə 37,14%, “Kompüter elmləri” üzrə 31,6% təşkil edir.
Bu barədə UFAZ-dan bildirilib.
|
|
14.08.2023 | 10:00 | |
|
|
|