Peşə təhsili müəssisələrinə işə qəbula start verilir | |
Avqustun 11-dən peşə təhsili müəssisələrinə işə qəbula start verilir. 2023–2024-cü tədris ili üçün ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşdirilmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcək.
Peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər 11–21 avqust tarixlərində portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.
Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.
Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqəyə aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:
Vakansiya siyahısı
|
|
11.08.2023 | 11:21 | |
|
|
|