Sumqayıt məktəbliləri dünya şahmat turnirində

Qazaxıstanın Aktau şəhərində məktəblilər arasında keçirilən dünya şahmat turnirinə  Sumqayıt şəhəri İsmət Qayıbov adına liseyin şagirdləri də qatılıblar.

 

50 ölkədən 70-dən çox komandanın mübarizə apardığı turnirdə Azərbaycan şahmatçıları  fəallıq göstərərək yarımfinala qədər yüksəliblər. Belə ki, Sumqayıt məktəbliləri turniri beşinci pillədə başa vurublar. Azərbaycanın Aktaudakı baş konsulu vəzifəsini icra edən Elçin Məmmədov bildirib ki, eyni  zamanda Türkiyə şahmatçıları da turnirin qalib adını qazanıblar.

 

Qeyd edək ki, Qazaxıstanı təmsil edən həmyerlimiz Edqar Məmmədov sürətli gedişləri və yeni təkrarolunmaz strategiyası ilə şahmatçılar arasında fərqlənərək  II yerin sahibi olub.

       

Sifai SƏFƏROVA

 



09.08.2023 | 13:16