AzTU-nun 5 illik institusional akkreditasiya şəhadətnaməsi təqdim edilib | |
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Ülkər Səttarova ilə görüşüb. Rektor universitetin gələcək hədəfləri, həmçinin beynəlxalq akkreditasiya təşkilatları ilə əlaqələri haqqında məlumat verib. Bildirib ki, akkreditasiyanın keçirilməsi universitetlərin inkişafına xidmət edir.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova qeyd edib ki, təhsilin bütün səviyyələrində keyfiyyətin təminatı sisteminin beynəlxalq standartlara uyğun qurulması akkreditasiya prosesinin əsas məqsədlərindən biridir. Ü.Səttarova AzTU-da akkreditasiya prosesinin uğurla tamamlandığını bildirib və universitetin rektoru V.Vəliyevi bu münasibətlə təbrik edib.
Daha sonra Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının qərarı ilə AzTU-nun 5 il müddətində institusional akkreditasiya olunduğu ilə bağlı şəhadətnamə rektor V.Vəliyevə təqdim olunub.
|
|
01.08.2023 | 15:09 | |
|
|
|