UNEC “Webometrics”də ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib | |
Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) dünya universitetlərinin ilk 10%-liyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəlib.
Universitetdən bildirilib ki, dünyanın 32 minə yaxın ali məktəblərinin reytinqini hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxıb və hazırda inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi olub.
Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.
|
|
31.07.2023 | 10:27 | |
|
|
|