BDU-nun 1004 bakalavr və magistri yay semestri dərslərində iştirak edir | |
Bakı Dövlət Universitetində (BDU) Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na əsasən, yay semestri təşkil olunub.
Yay semestri 2022/2023-cü tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbə və magistrantların fənlər üzrə akademik borclarının ləğv edilməsi və ya müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsinə dair müraciətləri nəzərə alınaraq təşkil edilir.
BDU-da yay semestrinin iyulun 25-dən başlayaraq 6 həftə ərzində keçirilməsi nəzərdə tutulub. Ümumilikdə yay semestri dərslərində 200-dən artıq fənn üzrə 975 bakalavr və 29 magistr iştirak edir.
|
|
29.07.2023 | 11:05 | |
|
|
|