BMU-nun iki tələbəsi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində işlə təmin olunub

Bakı Mühəndislik Universitetinin (BMU) iki tələbəsi DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində ilk iş təcrübəsinə başlayıb. Sözügedən mərkəzdə istehsalat təcrübəsi keçən BMU-nun “İnformasiya texnologiyaları” və “Kompüter mühəndisliyi” ixtisasının tələbələri - Mənəf Nəbiyev və Rəhman Sultanlı təcrübədən sonra işlə təmin olunublar.

 

Qeyd edək ki, 2022/2023-cü tədris ilində BMU-nun müxtəlif ixtisaslar üzrə 20 tələbəsi 16 fevral - 24 may 2023-cü il tarixlərində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müxtəlif struktur bölmələrində istehsalat təcrübəsində olublar. Tələbələrdən beşi nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində təcrübə keçib.

 

 

 



28.07.2023 | 14:47