Azərbaycan Dövlət Aqrar Universiteti ilə “Azərtütün” ASC arasında bağlanan memoranduma əsasən, şirkətin mütəxəssisləri tərəfindən aqronomluq və mühəndislik fakültələrində oxuyan bir qrup tələbəyə tütün yetişdirilməsi ilə bağlı növbəti təlim keçirilib.
Zaqatala şəhərində baş tutan təlimdə tələbələr tütün sahələrinə və tütün qurutma məntəqəsinə baş çəkiblər.
Universitetin bitkiçilik kafedrasının müəllimi Gülnarə Abbasovanın rəhbərliyi ilə tələbələr tütün bitkisinin vegetasiya dövründə aparılan qulluq işlərindən olan qonçələmə-çiçəkləmə inkişaf mərhələsində çiçək və yan budaqların alınması prosesində iştirak edib, məntəqədə tütün yarpaqlarının daşınması, çeşidlənməsi, quruducu sobalara yığılması və qurutma prosesinin əsas xüsusiyyətləri haqqında məlumat alıblar.
|