Əlcəzairin Naama Universitet Mərkəzinin rektoru ilə görüş | |
Azərbaycan Dillər Universitetində (ADU) Əlcəzairin Naama Universitet Mərkəzinin rektoru Səfi Həbiblə görüş olub. Görüşdə universitetlər arasında əməkdaşlıq imkanlarının mövcudluğundan danışılıb.
Qeyd olunub ki, ADU-ya səfər öz əhəmiyyətinə və vacibliyinə görə fərqlənir. Səfərin məqsədlərindən danışan qonaq yeni əməkdaşlıq müqavilələrinin bağlanmasından və müəllim-tələbə mübadiləsindən söhbət açıb.
Qonaq təmsil etdiyi universitetin fəaliyyət prinsipləri və mexanizmləri haqqında məlumat verib.
Naama Universitet Mərkəzində xarici dillərin öyrənilməsində yeni metod və yanaşmalardan istifadə olunur. Həmçinin ikili diplom layihəsindən danışan qonaq təhsil strukturundakı müasir tətbiqetmədən söhbət açıb.
Görüş zamanı elmi tədqiqat, elmi jurnalların çapı və birgə tədqiqat məsələləri müzakirə olunub.
ADU-nun rektoru akademik Kamal Abdulla universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonağa məlumat verib.
Qeyd olunub ki, qarşılıqlı şəkildə öyrənmə və təbliğetmə imkanları müsbət nəticələrini verməkdədir. Bunun nəticəsində ADU bu yaxınlarda QS beynəlxalq reytinq cədvəlində 1600 universitet arasında Müasir dillər üzrə 300-cü yeri tutub.
Görüş gələcək elmi əməkdaşlıq imkanları və perspektivləri ətrafında müzakirələrlə davam edib.
|
|
18.07.2023 | 14:12 | |
|
|
|