Valideynlər üçün “Yay məktəbi”i davam edir | |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşəbbüsü ilə paytaxtdakı ümumi təhsil məktəblərində valideynlər üçün keçirilən “Yay məktəbi”i davam edir.
Paytaxtdakı 193 nömrəli tam orta məktəbin təşkil etdiyi “Yay məktəbi”nin ikinci günü "Dədə Qorqud" parkında açıq havada baş tutub.
'Yay məktəbi"nin növbəti günü də maraqlı mövzular və əyləncəli proqramlarla yaddaqalan olub. Budəfəki təlim və müzakirələrə valideynləri ilə birgə sagirdlər də qatılıb. "Valideyn-övlad münasibətlərinə dair psixoloji-interaktiv iş", "Şagirdlərdə mütaliə vərdişlərinin aşılanması" mövzularında keçirilən təlimlərdə interaktiv müzakirələr aparılıb, valideynlərin sualları cavablandırılıb. Təşkil olunan intellektual- əyləncəli oyunlar da valideynlər və şagirdlər tərəfindən maraqla qarşılanıb.
“Yay məktəbi”nin proqramına uyğun olaraq valideynlərin robototexnika sahəsində ixtisaslaşmış müəssisələrə ekskursiyaları da nəzərdə tutulub. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Qeyd edək ki, “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd uşaqlarla yaş dövrünə uyğun davranışla bağlı valideynləri maarifləndirmək, şagirdlərin təhsil nailiyyətlərinin artırılması baxımından məktəb-valideyn əməkdaşlığını müzakirə etmək, yeni tədris ilində qarşıya qoyulan hədəflərlə bağlı valideynləri məlumatlandırmaq, həmçinin məktəb-valideyn münasibətlərini təkmilləşdirmək, məktəbdaxili proseslərə valideynlərin cəlb olunmasına dair fikir mübadiləsi aparmaq, effektiv məktəb mühitini formalaşdırmaq və məktəbin nüfuzunun artırılmasına nail olmaqdan ibarətdir.
|
|
14.07.2023 | 16:12 | |
|
|
|