Xocavəndli güləşçi I yerin qalibi olub

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Şəki şəhərində keçirilən sərbəst  güləş üzrə Respublika turnirində 23 kiloqram çəki dərəcəsində Xocavənd rayon Tuğ kənd 1 nömrəli tam orta məktəbin III sinif şagirdi və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin qrup üzvü Ömər Hüseynli I yerin qalibi olub.

        

Turnirdə 18 rayondan, ümumilikdə 450 güləşçi iştirak edib.

 

Yarışın sonunda fərqlənən idmançılar diplom və medallarla təltif olunublar.

 

Şakir Cəfərov



13.07.2023 | 15:12