Media savadlılığının artırılması ilə bağlı görüş keçirilib

Elm və Təhsil Nazirliyi ilə Medianın İnkişafı Agentliyi arasında media savadlılığının artırılmasına dair görüş keçirilib. 

 

Görüşdə çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli hər iki qurum arasında əməkdaşlıq çərçivəsində görülən işləri təqdir edib. Mətin Kərimli gələcəkdə bu əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini bildirib.

 

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov öz növbəsində media savadlılığının artırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, bu sahənin mövcud vəziyyətindən bəhs edib və kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.

 

Görüş çərçivəsində media savadlılığının əhəmiyyəti, ali və ümumtəhsil məktəblərində tədris proqramı çərçivəsində mənimsənilməsi, beynəlxalq təcrübə və fəaliyyət planı müzakirə olunub. Bununla yanaşı, qurumlararası əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. 

 

Görüşdə media savadlılığı ilə bağlı təqdimat da nümayiş olunub.

 

 



12.07.2023 | 16:23