İndoneziya səfiri BMU-da | |
Bakı Mühəndislik Universitetinin rektoru, professor Havar Məmmədov İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, İndoneziyanın Malang İslam Universitetinin rektoru H. Maskuri və həmin universitetin prorektorları ilə görüşüb. Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Azər İmanquluyev və universitetin beynəlxalq əlaqələr və lahiyələrin idarə olunması şöbəsinin müdiri Sevil İmanova iştirak ediblər. Qonaqlara BMU haqqında geniş məlumat verən rektor bildirib ki, universitet yeni yaranmasına baxmayaraq bir çox beynəlxalq layihələrdə uğurla iştirak edib.
Sonra İndoneziyanın Malang İslam Universitetinin rektoru H. Maskuri təmsil etdiyi təhsil müəssisəsi haqqında geniş məlumat verib. Görüşdə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fənani Azərbaycan və İndoneziya arasında təhsil sahəsində mövcud olan əlaqələrin inkişafında BMU-nun xüsusi rol oynadığını vurğulayıb.
Daha sonra İndoneziyanın Malang İslam Universiteti ilə əməkdaşlıq müqaviləsi imzalanıb. Qonaqlar BMU-nun laboratoriyaları, maddi-texniki bazası ilə tanış olublar. Səfir səmimi qəbula görə BMU-nun rəhbərliyinə təşəkkür edib və gələcəkdə təhsil sahəsində BMU ilə əməkdaşlığı daha da inkişaf etdirəcəklərini bildirib. |
|
07.03.2018 | 15:00 | |
|
|
|