Nazir müavini Şamaxıda MİQ imtahanlarını izləyib

İyulun 11-də elm və təhsil nazirinin müavini Həsən Həsənli müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanlarının gedişatını izləmək üçün Şamaxıya səfər edib. 


Nazir müavini Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Rövşən Əliyevlə birlikdə Şamaxı şəhəri 6 nömrəli tam orta məktəbdə təşkil edilən imtahan mərkəzində olub.


Həsən Həsənli bildirib ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə yüksək bilik və bacarığa malik müəllimləri aşkarlamaq imkanı verir, nəticə etibarilə, bu da öz növbəsində tədris prosesindəki effektivliyi artırmağa kömək edir. 

  
Qeyd edək ki, MİQ-in test imtahanları Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə 2 mərkəzdə – Şamaxı şəhəri 6 və 9 nömrəli tam orta məktəblərdə keçirilir. İmtahanın ilk günündə riyaziyyat, fiziki tərbiyə və kimya fənləri üzrə ümumilikdə 308 namizəd iştirak edib.

 

 



11.07.2023 | 17:58