Yıldız Texniki Universitetinin əməkdaşları AzMİU-da

Erasmus + KA1 mübadilə proqramı çərçivəsində Türkiyənin Yıldız Texniki Universitetinin 3 əməkdaşı Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

 

Səfərin ilk günü qonaqlar-  Kadrlar şöbəsinin müdiri Fatma Tarık, İnzibati və Maliyyə İşləri İdarəsinin əməkdaşı Lətifə Gamze Şenöz Sinekoğlu,  Səhiyyə, Mədəniyyət və İdman İdarəsinin mütəxəssisi Firdevs Gülər beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, elm və innovasiya məsələləri üzrə prorektor professor  Nigar Aslanov ilə görüşüblər.

 

Görüşdə qonaqları salamlayan N.Abdullayeva institusional əlaqələrin gücləndirilməsində, mədəniyyətlərarası dialoqun asanlaşdırdılmasında, əməkdaşlığın və elmin ötürülməsində mübadilə proqramlarının əhəmiyyətindən danışıb. Prorektor Erasmus+ KA1 təcrübə proqramının hər iki universitetə uzunmüddətli təsir göstərəcəyinə, onların inzibati proseslərini təkmilləşdirəcəyinə və əməkdaşlıq mədəniyyətini aşılayacağına inandığını vurğulayıb.

 

Qonaqlar AzMİU-nun iqtisadi və təsərrüfat işləri üzrə prorektoru texnika üzrə fəlsəfə doktoru İsrafil Məmmədov, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev, AzMİU-nun İnsan resursları şöbəsinin müdiri Esmira Budaqova, baş mühasib Sarı Yusubov ilə də görüşüblər. Görüşlərdə  qonaqlar inzibati strukturu və təcrübələri, xüsusilə insan resursları, sosial rifah və ictimaiyyətlə əlaqələr sahəsində geniş məlumatlar alıblar. 

 



11.07.2023 | 17:07