Professor-müəllim heyətinin pedaqoji bacarıqlarının artırılması üçün silsilə təlimlər

Azərbaycan Dövlət Aqrar Universitetinin bütün fakültələrində professor-müəllim heyətinin peşəkar pedaqoji bacarıqlarının artırılması məqsədi ilə silsilə təlimlər keçirilib.

 

Keyfiyyət təminatı şöbəsinin rəhbərliyi altında keçirilən təlimlər maliyyə və iqtisadi nəzəriyyə kafedrasının assistentləri Təranə İsmayılova və Nərmin Məsimli tərəfindən “İnteraktiv tədris metodları” mövzusunda təşkil olunub.
 

Təlimlərdə passiv, aktiv və interaktiv tədris metodları haqqında ümumi məlumat verilib, həmçinin, interaktiv təlim metodlarından bəhs edən videoçarx nümayiş olunub.

 

 



11.07.2023 | 10:09