“İnklüziv təhsilin aktual problemləri” | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “İnklüziv təhsilin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, müasir dövrün təhsil fəlsəfəsi yeni paradiqma və dəyərlərə köklənməkdədir:”Dinindən, dilindən, cinsindən, sağlamlıq imkanlarından asılı olmayaraq, insan hüquqlarını məhdudlaşdırmayan təhsil meyarını biz “inklüziv təhsil” olaraq qəbul edirik. Dünya təhsil məkanına sürətlə inteqrasiya edən Azərbaycanda inklüziv təhsillə əlaqədar səmərəli işlər görülmüş, təhsillə bağlı qəbul edilmiş qanunvericilik aktlarında inklüziv təhsil öz təsbitini tapmışdır. Sevindirici haldır ki, inklüziv təhsil ölkəmizdə yalnız elmi-pedaqoji nəzəriyyə olmaqla məhdudlaşmadı, onun təcrübədə reallaşması üçün bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyətə malikdir.
ADPU-da da bu istiqamətdə bir sıra layihələr həyata keçirilib. “İnklüziv təhsilin aktual problemləri” adlı elmi-praktik konfrans da növbəti belə tədbirlərdəndir”.
Sonra konfrans iştirakçılarının mövzuya dair məruzələri dinlənilib.
|
|
10.07.2023 | 12:06 | |
|
|
|