Karate üzrə beynəlxalq turnirdən uğur qazanan paytaxt məktəbliləri | |
Gürcüstanda keçirilən "Batumi Open" beynəlxalq karate turnirində paytaxt məktəbliləri yüksək nəticə əldə ediblər.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin 7 şagirdi karate üzrə beynəlxalq turnirdə ölkəmizi layiqincə təmsil edib.
İdmançılardan 3-ü I, 3-ü II, 1-i isə III yeri tutaraq Vətənə qızıl, gümüş, bürünc medalla qayıdıblar.
Bakı şəhəri 153 nömrəli tam orta məktəbin şagirdi Xədicə Mürsəlova, 167 nömrəli tam orta məktəbin şagirdi Mikayıl Nağıyev, 47 nömrəli tam orta məktəbin şagirdi Kamil Kərimli I yerin qalibi olublar. 211 nömrəli tam orta məktəbin şagirdi Davud Muradov, 153 nömrəli tam orta məktəbin şagirdi Əminə Quliyeva, 145 nömrəli tam orta məktəbin şagirdi Rəsul Qaraxanov II yeri tutublar. 95 nömrəli tam orta məktəbin şagirdi Hüseyn İsayev isə III yerin sahibi olub.
Qeyd edək ki, Batumidə keçirilən karate çempionatında erməni təxribatına qarşı idmançılarımız layiqli cavab veriblər. Belə ki, 153 nömrəli tam orta məktəbin şagirdi Xədicə Mürsəlova mükafatlandırılma mərasimində fəxri kürsüyə qalxarkən II yeri tutan erməni idmançının Azərbaycan bayrağına qarşı təxribatçı hərəkətinin qarşısını almaqda qətiyyət göstərib.
Onu da qeyd edək ki, Batumidə beynəlxalq turnir 10 ölkənin iştirakı ilə keçirilib. Azərbaycan komanda hesabı ilə beynəlxalq turnirdə I yerə çıxıb.
|
|
07.07.2023 | 10:45 | |
|
|
|