Elm və təhsil naziri “Baku ID’23” tədbirində iştirak edib

İyulun 6-da “Baku ID’23” tədbirinin açılış mərasimi keçirilib. 

 

SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, mərkəzin icraçı direktoru Rəhim Bayramlı çıxış edərək tədbir iştirakçılarına uğurlar arzulayıblar. 

 

Bildirilib ki, ikigünlük tədbirdə 200-dən çox xarici və yerli investor, 100-dən çox startap, 3000-dən çox qonaq və iştirakçı, 10-dan çox partnyor yer alır. 

 

Tədbir “Elektra Events Hall”, Daş Salnamə Muzeyi və bulvarətrafı ərazilərdə festival formatında təşkil edilib. 

 

Tədbir çərçivəsində startapçıların çıxışları, investorlarla görüşlər, panel çıxışlar, müsabiqə və açıq hava konsertinin təşkili nəzərdə tutulur. 

 

Tədbirin ilk günü sessiyalarla davam etdirilib.

 
Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutunun nəzdində yaradılmış SABAH.HUB İnnovasiya Mərkəzinin məqsədi Azərbaycanda akselerasiya proqramları həyata keçirməklə ölkənin innovasiya ekosisteminə töhfə verməkdir.

 

 



06.07.2023 | 17:36