BMU-da yay imtahan sessiyasında 1029 imtahan keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) bakalavriat və magistratura səviyyələrində 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb. İyunun 1-dən başlayan və iyulun 5-dək davam edən sessiya ərzində ümumilikdə 1029 imtahan keçirilib.

 

Sessiya müddətində imtahanların qüvvədə olan normativ sənədlər əsasında təşkili məqsədilə lazımi inzibati və texniki fəaliyyət ən yüksək səviyyədə icra edilib, şəffaflığın təmin olunması üçün bütün zəruri tədbirlər həyata keçirilib. İmtahan sessiyasının gedişatı BMU rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılıb.

 

Sessiyanın gedişinə operativ nəzarət etmək, imtahanlarda yarana biləcək şikayətləri dərhal araşdırmaq məqsədilə universitetdə Qərargah və Apelyasiya Komissiyası təşkil olunub. Nəticələrdən narazı qalan tələbələrin imtahan bitdikdən sonra ərizə ilə komissiyaya maneəsiz müraciət etmələri üçün bütün imkanlar yaradılıb.

 

Məlumat üçün bildirək ki, sessiya ərzində komissiyaya cəmi 121 müraciət daxil olub və müraciətlərin hamısı araşdırılaraq müvafiq qərarlar verilib.

 

Bütövlükdə tələbələrin biliyinin qiymətləndirilməsində ədalət, şəffaflıq, obyektivlik və qərəzsizlik kimi prinsiplərə əsaslanmaqla, yüksək fəallıq şəraitində gerçəkləşdirilən imtahan sessiyası uğurla yekunlaşıb.

 

 



06.07.2023 | 15:21