AzMİU-da “Qızıl dövr” adlanan debat turnirinin final mərhələsi | |
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Qızıl dövr” adlanan debat turnirinin final mərhələsi və bağlanış mərasimi keçirilib.
Turnirdə “Dövlətlər tükənən təbii ehtiyatların istifadəsini məhdudlaşdırmalıdır” mövzusunda debat aparılıb. Mövzu üzrə “Nə də olsa, xətrin var” və “Geridə qalanlar” adlı iki komanda qarşılaşıb. Gərgin mübarizənin sonunda “Nə də olsa, xətrin var” komandası qalib olub.
Finalda isə “Beşikdən məzara” və “Nə də olsa, xətrin var” komandaları üz-üzə gəlib. Çempion “Beşikdən məzara” komandası olub.
Turnirin final və bağlanış mərasimində AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və THİK-in sədri Şahmar Rəfili iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən O.Naqdiyev belə turnirlərin gənclər üçün önəmindən danışıb. O, turnirin final mərhələsində iştirak edən bütün debatçılara uğurlar arzulayıb.
THİK sədri Ş.Rəfili gənclərin asudə vaxtlarını intellektual formada qurmalarını təqdirəlayiq hal kimi dəyərləndirib və tələbələr üçün bu cür turnirlərin, yarışların bundan sonra da təşkil olunacağını bildirib.
Qalib komanda O.Naqdiyev və Ş.Rəfili tərəfindən kubok və medallarla mükafatlandırılıb. Turnirin ən yaxşı hakimi, ən yaxşı məşqçisi, ən yaxşı natiq debatçıları sertifikatlara və medallara layiq görülüb.
|
|
05.07.2023 | 14:43 | |
|
|
|