Maksimum nəticə göstərən müəllimləri təbrik etdilər | |
20-24 iyun 2023-cü il tarixlərində keçirilmiş təhsilverənlərin sertifikatlaşdırılma prosesində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 2 məktəbin müəllimi 60 bal toplayaraq maksimum nəticə göstəriblər. Belə ki, sertifikatlaşdırma prosesinin son günündə Bakı şəhəri 170 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Lalə Şükürova və 232 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Kəminə Zalova ən yüksək nəticə əldə ediblər.
Hər iki məktəbin rəhbərliyi və pedaqoji kollektivi maksimum nəticə göstərən müəllimləri təbrik edib, onlara Fəxri fərman və hədiyyələr təqdim olunub.
|
|
26.06.2023 | 11:37 | |
|
|
|