UNEC ilə Kapital Bank arasında yeni memorandum imzalanıb | |
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Kapital Bank arasında əməkdaşlığın yeni istiqamətləri üzrə memorandum imzalanıb.
Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov, universitetin və bankın əməkdaşları iştirak ediblər.
Rektor Ədalət Muradov UNEC-in “Kapital Bank”la uzun müddətdir davam edən sıx əməkdaşlığından və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb. Real sektorla əməkdaşlıqda yeni yanaşmaların zəruriliyindən söz açan Ə.Muradov tələbələrdə bilik və bacarıqlar formalaşdıran ixtisaslar üzrə praktiki dərslərin real sektorda həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor UNEC-in Bloomberq laboratoriyasının maliyyə imkanlarının, eləcə də Ömürboyu Təhsil mərkəzinin təşkil etdiyi yumşaq bacarıqlar üzrə təlimlərin bank üçün faydalı ola biləcəyini deyib.
“Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov bankın 5026 əməkdaşından 1500-ə yaxınının UNEC məzunu olduğun deyib, onlardan 142 nəfərinin rəhbər vəzifədə çalışdığını diqqətə çatdırıb.
Sonra Təcrübənin təşkili şöbəsinin müdiri Leyla Nəzirzadə UNEC ilə Kapital Bank arasındakı mövcud vəziyyət və gələcək perspektivlər barədə təqdimatla çıxış edib.
Əməkdaşlığın yeni istiqamətləri üzrə təkliflər səsləndirildikdən sonra tərəflər arasında memorandum imzalanıb.
|
|
25.06.2023 | 13:15 | |
|
|
|