Sertifikatlaşdırma imtahanlarının son günü izlənilib

Sertifikatlaşdırma imtahanlarının gedişi ilə yaxından tanış olmaq məqsədilə Elm və Təhsil Nazirliyinin əməkdaşları, millət vəkilləri və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə iyunun 24-də imtahanların keçirildiyi Azərbaycan Dövlət Texniki Universitetinin idman kompleksinə mediatur təşkil edilib. 

 

Mediaturda iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli qeyd edib ki, 24 iyun sertifikatlaşdırma imtahanlarının son günüdür. Bu gün ilk dəfə olaraq Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün imtahanlar keçirilir. İmtahanlara 8 500-dən çox müəllim cəlb olunub. Nazir müavini qeyd edib ki, müəllimlərin özünüinkişafı  tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur.  Eyni zamanda, sertifikatlaşma yaxşı müəllim olmanın təsdiqidir.

 

Daha sonra qonaqlar proseslə bağlı fikir mübadiləsi aparıblar. 

 

Qeyd edək ki, sertifikatlaşdırma imtahanları 20-24 iyun tarixlərində ölkənin 13 müxtəlif şəhəri üzrə 23 mərkəzdə təşkil olunub.

 

 



24.06.2023 | 14:12