Elm və təhsil uğurlara, aydınlığa, ziyaya, firavanlığa imza atır | |
Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalının “Heydər Əliyev İli”ndə işıq üzü görən ikinci sayı Ulu Öndərin sevə-sevə səsləndirdiyi “Nə vaxta qədər ki, müəllim öyrənir, o yaşayır, nə vaxta qədər ki, müəllim yaşayır, o öyrənir...” fikri ilə yola çıxıb. Bu barədə jurnalın baş redaktoru Arzu Soltan oxuculara müraciətində qeyd edib və jurnalımızın məqsədinin bu yolda müəllimlərə, təhsil işçilərinə, elm xadimlərinə bələdçi olduğunu vurğulayıb.
2023-cü ilin 2-ci sayında alimlərimizdən Misir Mərdanovun, Elçin Əliyevin, Ramin Rzayevin, Xanmurad Abdullayevin “Universitet müəllimlərinin akademik fəaliyyətini əks etdirən göstəricilərin inteqral indeksinin ekspert təhlili”, Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika elmləri doktoru, professor Piralı Əliyevin və ARTİ-nin doktorantı Leyla Yadigarovanın “Universitetlərin tədqiqat fəaliyyətinin cəmiyyətin iqtisadi inkişafında rolu”, ADPU-nun kafedra müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Müseyib İlyasovun “Pedaqoji prosesdə müəllim fəaliyyətinin texnoloji istiqamətləri”, ARTİ-nin Təhsil iqtisadiyyatı və idarə olunması şöbəsinin böyük elmi işçisi İlhamə Əsədovanın “Ümumi təhsil məktəblərində maliyyə vəsaitlərinin idarə olunması”, ARTİ-nin Təhsil iqtisadiyyatı və idarə olunması şöbəsinin böyük elmi işçisi Günay Mirzəzadənin “Beynəlxalq təcrübədə təhsilin keyfiyyət göstəriciləri, təhsilin inkişafını stimullaşdıran mexanizmlər, qrant sistemi”, ATU-nun Keyfiyyətin təminatı və Öyrənmə-Öyrətmə Mərkəzinin mütəxəssisi Rasim Həsənzadənin “Ali təhsil müəssisələrində keyfiyyətin təmin olunmasında akkreditasiyanın rolu”, ARTİ-nin doktorantı, ADA Universitetinin müəllimi Gülsabah Əmirovanın, BDU-nun doktorantı, Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Sevinc Seyidovanın “Komandada fəaliyyətin tələbələrin ünsiyyət bacarıqlarının inkişafına təsiri”, sosiologiya elmləri doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Azərbaycan Universitetinin müəllimi Səadət Məmmədovanın “Müəllim-şagird əməkdaşlığında şagirdlərin müstəqillik qabiliyyətlərinin inkişaf etdirilməsi”, filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu direktorunun müşaviri Əlizadə Əsgərlinin “Heydər Əliyev və Azərbaycan ədəbiyyatına bir nəzər”, pedaqogika üzrə fəlsəfə doktoru, ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin baş mütəxəssisi, Əməkdar müəllim Natiq Axundovun “Ümumi təhsilin inkişafına Heydər Əliyevin diqqət və qayğısı (1982-1987-ci illər)”, türk dilləri üzrə fəlsəfə doktoru, dosent, Xəzər Universitetinin Humanitar, təhsil və sosial elmlər fakültəsinin dekanı Elza Səmədlinin “Azərbaycanda ilk müsəlman qız məktəbinin qadınların təhsilində rolu”, Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasının baş müəllimi Nübar Səfərlinin “Naxçıvanda təhsilin və pedaqoji fikrin inkişaf meyilləri” məqalələri yer alıb.
Oxucularımız həmçinin gələn il 100 yaşını qeyd edəcək jurnalın bir əsrlik tarixi boyu səhifələrində dərc olunmuş məqalələrdən seçmələrlə tanış ola və Azərbaycanda pedaqoji fikrin inkişafını izləyə biləcəklər.“Azərbaycan məktəbi” jurnalının 1952-ci ilin 3-cü sayında “Pedaqoji və psixoloji məsələlər” rubrikası altında işıq üzü görmüş, pedaqoji elmlər namizədi Mərdan Muradxanovun “Dərs öyrənməyin yollarını şagirdlərə öyrətmək” başlıqlı məqaləsi 71 il əvvəl yazılsa da, gündəmdə aktuallığını saxlamaqdadır.
Əziz oxucular, “Azərbaycan məktəbi ilə öyrəndikcə yaşayanlardan, yaşadıqca öyrənənlərdən olun”. |
|
25.06.2023 | 11:30 | |
|
|
|