Dövlət başçısı nazirliyin əməkdaşlarını təltif edib

İyunun 22-də ölkə Prezidenti cənab İlham Əliyev “Dövlət qulluqçularının təltif edilməsi haqqında” Sərəncam imzalayıb.  

 

Dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunanlar arasında Elm və Təhsil Nazirliyinin 4 əməkdaşı da var.

 

Sərəncama əsasən elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Hüquq şöbəsinin müdir müavini Aynur Atayeva, Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin İdman sektorunun müdiri Hilal Salmanov, Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin Statistika sektorunun baş məsləhətçisi Mirbaba Babayev "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.

 

Təltifə layiq görülən əməkdaşların hər birini təbrik edir, onlara uğurlar arzulayırıq.

 

 



23.06.2023 | 11:53